Narkotik ittihamı ilə tutulan şəxsə bəraət verilib

20 May 2022 | 20:15
OXUNUB: 1159

Gəncə Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik dövriyyəsində ittiham olunan Tofiq Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Avtosfer.az xəbər verir ki, məhkəmədə təqsirləndirilən şəxsin vəkili Zabil Qəhrəmanov müdafiə etdiyi şəxsin verilmiş ittihamla əlaqəsi olmadığını bildirib. O, müvəkkili barəsində bəraət hökmü çıxarılmasını istəyib.  Prosesdə hökm oxunub. Hökmdə təqsirləndirilən şəxsə verilmiş ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilmədiyi elan olunub. Tofiq Qurbanov bəraət alaraq məhkəmə zalından azadlığa buraxılıb. Xatırladaq ki, Tofiq Qurbanov polis tərəfindən keçirilən əməliyyatla həbs olunub. Ona Cinayət Məcəlləsinin 234.4.3-cü ( külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ) maddəsi ilə ittiham verilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man