Bakıda orta məktəbə bomba qoyulması barədə yalan məlumat verməkdə təqsirləndirilən Pərviz Məmmədovun işi üzrə məhkəmə prosesi davam etdirilib.
Avtosfer.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
O, Mərdəkandakı avtobus dayanacağında iki gəncin məktəbin damına bomba qoyulması barədə danışdıqlarını eşidib, yaxınlıqdakı taksofondan polisə zəng vurduğunu deyib. Prokurorun həmin məlumatın doğruluğuna əmin olmadan niyə belə bir addım atması barədə sualına təqsirləndirilən şəxs "Əvvəl həbsdə olmuşdum, çıxandan sonra iş, məşğuliyyət tapa bilmirdim. Baxanım, arxa duranım da yox idi. Fikrimdən keçirdi ki, qayıdım yenə türməyə”, cavabını verib.
Daha sonra prosesdə hökm oxunub. Hökmə əsasən, Pərviz Məmmədov 7 il azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Pərviz Məmmədov DİN-in “102” Xidmətinə zəng edərək 181 saylı orta məktəbin damına bomba qoyulduğunu deyib. Hadisə yerinə gələn polis əməkdaşları məktəbin damında bomba olmadığını görəndən sonra zəngin haradan gəldiyini və zəng edən şəxsin kimliyini müəyyənləşdiriblər.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man