Azərbaycanda koronavirusa 12 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avtosfer.az-a verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 707 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 945 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib. 52 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2228, bu günə qədər isə ümumilikdə 6 867 409 test icra olunub.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man