Azərbaycan-İran sərhədində daha bir insident - Ölən var - YENİLƏNDİ

08 Aprel 2022 | 11:46
OXUNUB: 3433
Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti birgə məlumat yayıb.
 
Sfera.az xəbər verir ki, məlumatda deyilir:
 
7 aprel tarixində saat 21:25 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Sərxanlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkəti müşahidə olunmuş, sərhəd pozucularının hərəkəti nəzarətə götürülüb.
 
Sərhəd zastavası "Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi tam qapadılaraq sərhəd pozucularının təqibinə başlanılıb. Sərhəd naryadının "Dayan” əmrinə və havaya xəbərdarlıq atəşinə məhəl qoymayan sərhəd pozucuları sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin qəsdən öldürülməsinə cəhd etmişlər.
 
Sərhəd naryadı tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq silah tətbiq edilib, sərhəd pozucularından biri zərərsizləşdirilib, digəri saxlanılıb, 1 nəfər isə havanın qaranlıq şəraitindən istifadə edib sərhəd naryadına qarşı silahlı müqavimət göstərməklə gizlənib. Hazırda onun saxlanılması istiqamətində axtarış qrupları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 
Zərərsizləşdirilmiş sərhəd pozucusunun yanında AKM tipli Kalaşnikov avtomatı, 2 ədəd bağlamadan 24 kiloqram 730 qram narkotik vasitə (9915 qram "marixuana”, 10650 qram "heroin”, 85 qram "tiryək”, 4080 qram "metamfetamin”) və 300 ədəd "metadon 40” psixotrop tərkibli həblər aşkar olunaraq götürülüb. Saxlanılmış sərhəd pozucusu özünü İran vətəndaşı Piran Behzat Məhəmməd olaraq təqdim edib.
 
Baş vermiş hadisə barədə sərhəd nümayəndəliyi xətti ilə İran tərəfi məlumatlandırılıb.
 
Qeyd edilən faktla bağlı cinayət işi başlanılmış, hazırda Baş Prokurorluq və DSX tərəfindən birgə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 
*** 
09:32

Ötən gecə Azərbaycanın İranla sərhədində insident baş verib.
 
Sfera.az xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sərhəd zastavasının müşahidə kamerası vasitəsilə 2 nəfər sərhəd pozucusunun İran istiqamətindən 5-6 ədəd bağlama ilə dövlət sərhədini pozması müəyyənləşdirilib. Sərhədçilər tərəfindən dərhal müvafiq tədbirlər görülüb və geri qayıtmağa çalışan sərhəd pozucuları saxlanılıb. Bu zaman sərhəd pozucuları müqavimət göstərdiyindən atəş açılıb. Nəticədə onlardan biri öldürülüb, digəri isə saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Araşdırmalar zamanı ölən sərhəd pozucusunun İran vətəndaşı Pəhləvani Beyrək Yaşıl oğlu, saxlanılan şəxsin isə Pirani Behrud Məhəmməd oğlu olması müəyyənləşib.

Faktla bağlı araşdırmalar aparılır.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man