Bu təyyarəni idarə etmək üçün Bakıya gəldi - FOTO

20 May 2022 | 15:29
OXUNUB: 865

Dünyaca məşhur çinli bloqer və fotoqraf Sem Çui sovet dövrünün ən nadir təyyarələrindən birini idarə etmək üçün Bakıya gəlib.

Avtosfer.az xəbər verir ki, bu barədə o, instaqram səhifəsində bildirib.

“Mən təyyarələri sevirəm, amma mənim daha böyük ehtirasım var – nadir təyyarələr. Ötən gün IL-76TD-90 təyyarəsində Bakıdan Ərbilə və geriyə uçdum. Bu sovet nəhəngini idarə etmək üçün beş nəfərdən ibarət komandaya qoşulmağımdan doğan hissləri sözlə ifadə etmək mümkün deyil. Mənim ehtirasımı dəstəkləyən əsl aviasiya macərası!”, - pilot sosial şəbəkədə yazıb.

Qeyd edək ki, Sem Çui indiyədək 100-dən çox ölkədə olub, 2 000-dən çox reys həyata keçirib və 3 milyondan çox mil məsafəni uçub. Onun instaqramda 700 mindən çox, yutubda isə 3 milyondan çox izləyicisi var.

“Qafqazinfo”

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man