Küləkli və yağıntılı hava şəraiti mayın 21-i səhər saatlarınadək davam edəcək

Gündəm 20 May 2022 | 12:22
OXUNUB: 837

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Qara dəniz üzərində formalaşan siklonun ölkə ərazisinə daxil olması nəticəsində mayın 19-u axşam qərb rayonlarından başlayaraq hava şəraiti dəyişib, küləkli, yağıntılı olub.

Qeyd olunub ki, intensiv yağıntılar Böyük Qafqazın bəzi yerlərində 15-21 mm-dək qeydə alınıb: "Şimal-qərb küləyi bəzi bölgələrdə 25-30 m/s, Bakıda və Abşeron yarımadasında isə 25 m/s-dək güclənib. Bu gün ərzində küləyin davam edəcəyi, maksimal sürəti 15-20 m/s, arabir 25-30 m/s olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq. Küləkli və yağıntılı hava şəraiti mayın 21-i səhər saatlarınadək davam edəcək.

Mayın 21-i gündüz, 22-də Bakıda və Abşeron yarımadasında, bölgələrdə havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu tədricən yüksələcək".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man