Lənkəranın 7 kəndini birləşdirən yolda sürüşmə aktivləşib - VİDEO

19 May 2022 | 21:38
OXUNUB: 1311

Lənkəranın 7 kəndini birləşdirən Hirkan-Daşdatük-Biləsər yolunda sürüşmə tipli uçqunlar qeydə alınıb. Ərazidə dərin yarğanlar əmələ gəlib, gündən-günə sürüşmə daha da intensivləşir.

Avtosfer.az-ın məlumatına görə, 2018-ci ildə istifadəyə verilmiş yol indi deformasiyaya uğrayıb, nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. Yağıntılı havalardan sonra yolda yeni çökəkliklər əmələ gəlir. Bir neçə hissədə torpaq sürüşmələri və çökmələr səbəbindən yolun asfalt qatı dağılıb. Torpaq kütləsi aşağıya doğru sürüşərək qoruyucu baryerləri sıradan çıxarıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 48 nömrəli yol istismarı MMC-nin istehsalat mühəndisi Natiq Cavadov bildirib ki, vəziyyətdən xəbərdardırlar. Qurum rəsmisi problemin qarşısını almaq üçün görüləcək işlərdən danışıb. Natiq Cavadov əlavə edib ki, istinad divarlarının tikilməsi üçün Fövqəladə Hallar Nazirliyi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyindən müvafiq mütəxəssislər cəlb olunub. Yolun ziyan dəymiş hissələrinə baxış keçirilib, rəy və təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man