Bakıda səsi insanı “dəli edən” maşınlar... – RƏSMİ

İctimai nəqliyyat 19 May 2022 | 15:58
OXUNUB: 770

Bakıda avtomobil sahiblərinin səsboğucuya müdaxilə edərək, qaz verərəkən, mühərriklərin yüksək səs çıxarmasını təmin etmək “xəstəliyi” geniş yayılıb. Xüsusilə gecə saatlarında bəzi sürücülərin bu cür maşınlardan istifadəsi sakinlərin haqlı narazılığına səbəb olur.

Bununla bağlı Axar.az-a danışan Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib ki, maşının qazan mexaniziminə müdaxilə edib, insanları narahat edəcək səsgücləndiricidən istifadə edilərsə, həmin sürücülərə qarşı müvafiq ölçü götürülür.

“Nəqliyyat vaistələri idman üslubunda ola bilər. Belə olduğu halda mühərrikin səsi çox olur. Nəqliyyat vasitəsini istehsal edən zavodun müəyyən etdiyi tələblər pozulmamalıdır. Amma bəzən bu tələblər qəsdən pozulur, səsboğucuya müdaxilə edirlər.

Son 5 ay ərzində belə maşınlar tərəfimizdən aşkarlanıb, istismarı dayandırılıb və sürücülərə qarşı qanunvericilikdə göstərilən tələblər üzrə inzibati tənbeh tədbirləri həyata keçirilib”, - o qeyd edib.

Polkovnik qeyd edib ki, zərurət yaranacağı halda bu maşınların aşkarlanması üçün reyt keçirilə bilər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man