"Heç kim Azərbaycana gəlmək istəməyəcək" - AZAL-ın qiymətlərinə etiraz böyüyür

19 May 2022 | 15:38
OXUNUB: 689

Son vaxtlar aviabiletlərin qiyməti yenidən artıb. Xüsusilə, qonşu Türkiyə, Gürcüstan və Rusiyaya təyyarə ilə gediş-gəliş olduqca bahadır. Buna quru sərhədlərin bağlı olması, uçuş istiqamətlərinə məhdudiyyətlər və s. də təsir edir.

Məsələ ilə bağlı

Bakupost.az -a açıqlama verən “New ERA Group”un rəhbəri, turizm eksperti Elçin Rüstəmov deyib ki, ölkəmizdə turizmin inkişafının qarşısında duran üç əsas problemdən biri sırf aviabiletlərin qiymətinin çox yüksək olmasıdır:

“Təəssüf ki, bununla bağlı hər hansı tədbir görülmür. Biz Orta Şərq və ərəb bazarı ilə də işləyirik. Oradan gələnlər də qiymətlərin çox yüksək olmasından şikayətlənirlər. Bildirirlər ki, bizdə təyyarə biletlərinin qiyməti Gürcüstana gedib istirahət etmək və geri qayıtmaq xərcinə bərabərdir. Belə olan təqdirdə heç kim Azərbaycana gəlmək istəməyəcək. Qiymətlərin endirilməsi ilə bağlı dəfələrlə müraciətlər olunsa da, hələ ki real nəticə yoxdur”.

Ekspert aviabiletlərin qiymətlərinə nəzarətin vacibliyini qeyd edib:

“Biletlərin qiymətinə nəzarət edən qurum “Azərbaycan Hava Yolları”dır. Düzdür, sonra qiymətlərə nəzarət edən Tarif Şurası yaradılıb. Amma bu qurumun yaradılmasından sonra da təəssüf ki, yalnız qiymət artımını gördük. Azərbaycanın turizm hədəfi Avropa və ərəb bazarıdır. Turizm marşrutlarının açılmasının tərəfdarıyıq ki, Avropadan birbaşa Azərbaycana turistlər gəlsin”.

E.Rüstəmov əlavə edib ki, turistlər Gürcüstana 30-50 avroya təyyarə ilə gələ bilirlərsə, Azərbaycana bu, ən azı 300 avroya başa gəlir:

“Aviabiletlərin qiyməti ölkədə bahalığı göstərən amillərdən biri kimi qiymətləndirildiyi üçün bu da ölkəmizin turizm potensialına mənfi təsir edir. Çünki təkcə təyyarə biletinin qiymətinin yüksək olması ölkənin özündə qiymətlərin yuxarı olmasından xəbər verir. Halbuki Azərbaycanda qiymətlər Gürcüstanla müqayisədə o qədər də yüksək deyil, demək olar ki, indi eyni səviyyədədir. Ancaq bunu dəyərləndirmə təyyarə biletləri üzərindən olduğu üçün belə yanlış fikirlər yarana bilir”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man