"Mercedes-Benz"in yenilənmiş "Maybach Haute Voiture" versiyası - FOTO

19 May 2022 | 15:00
OXUNUB: 863

Mercedes-Benz şirkəti Maybach-ın daha bir versiyasını hazırlayıb.

Avtosfer.az xəbər verir ki, hələlik bu, moda dünyasının "yüksək moda" termini ilə uzlaşan Mercedes-Maybach Haute Voiture adlanan prototipdir. Hərfi mənada Haute Voiture adını "yüksək moda avtomobili" kimi tərcümə etmək olar. Virgil Ablohun adını daşıyan xüsusi versiya standart modeldən yalnız rəng sxemləri ilə fərqlənirdisə, burada yaradıcılar daha cəsarətli təcrübələrə icazə veriblər.

Bu Maybach indiyə qədər hazırlanmış ən dəbdəbəli avtomobil kimi təqdim olunub. İnteryer üçün ən bahalı materiallarından istifadə edilib. Əsasən ağ xəz dəridən olan oturacaqlar və döşəmədən ibarət yeni sedan gələcək istifadəçilərinə həzz verəcəyinə əmindir. Mercedes-Maybach Haute Voiture konsept-kar (avtomobil) statusuna malik olsa da, şirkət bu xüsusi versiyanın məhdud tirajla buraxılacağını elan edib. Bazarda avtomobilin satışı 2023-cü ilin əvvəlinə planlaşdırılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man