Şəkidə narkotiklə saxlanılan şəxsin digər cinayət əməlinin üstü açılıb - FOTO - VİDEO

19 May 2022 | 14:38
OXUNUB: 910

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər də narkotik və oğurluq cinayətlərinə görə 12 ildən artıq məhkumluq həyatı yaşayan Qalib Qasımov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkarlanıb.

Q.Qasımovun yaşadığı ünvana baxış keçirilən zaman isə evin zirzəmisində gizlətdiyi yarım kiloqrama yaxın marixuana maddi sübut kimi götürülüb.

Saxlanılan şəxsin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun törətdiyi digər cinayət əməlinin də üstü açılıb.

Belə ki, Q.Qasımovun şəhər ərazisində yerləşən, təmir işləri gedən evdən 700 manat dəyərində elektrik kabelləri oğurladığı da müəyyən edilib. O, ifadəsində oğurladığı kabelləri yandırdığını və əldə etdiyi misi satmaq niyyətində olduğunu bildirib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man