Avropa İttifaqında avtomobil satışları azalıb

18 May 2022 | 16:38
OXUNUB: 1168

Avropa İttifaqında avtomobil satışları aprel ayında illik ölçüdə 20,6 faiz azalıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) məlumat yayıb. Martda azalma 20,5 faiz təşkil etmişdi.

Tədarük zəncirindəki fasilələr və Ukrayna münaqişəsi avtomobil bazarına mənfi təsir göstərən əsas amillər olaraq qalır. Həmçinin Çində koronovirusun yayılması bu göstəriciyə neqativ təsir göstərir.

ACEA-nın məlumatına görə, ötən ay Aİ ölkələrində 684 506 avtomobil satışı qeydə alınıb. Regionun dörd ən böyük bazarının hamısında satışlarda azalma baş verib: İspaniyada 12,1 faiz, Almaniyada 21,5 faiz, Fransada 22,6 faiz, İtaliyada 33 faiz.

Banker.az

İstehsalçılara gəlincə, Volkswagen qrupunun Avropa İttifaqında satışları ötən ay 27,1 faiz, BMW – 20 faiz, Mercedes-Benz – 21,2 faiz azalıb. Renault qrupu avtomobillərinin satışında 18,2 faiz, Lada maşınlarının satışında isə 60 faiz azalma baş verib. Eyni zamanda, Cənubi Koreyanın Hyundai kompaniyası satışları 10,8 faiz, Yaponiyanın Honda və Mitsubishi kompaniyaları müvafiq olaraq 33 və 12 faiz artırıb.

Birinci rübdə Aİ-də avtomobil satışları ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,3 faiz (2,246 milyon ədədə qədər), ümumilikdə Avropada 10,6 faiz (2,753 milyon ədədə qədər) azalıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man