Litva şirkətləri Bakı Limanı ilə maraqlanır

18 May 2022 | 16:18
OXUNUB: 1279

Litvanın aparıcı şirkətlərinin nümayəndələri tərəfdaşlıq imkanlarını araşdırmaq üçün Bakı Limanına səfər edib.

Bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC məlumat yayıb.

Məlumata görə, nümayəndə heyətinə kənd təsərrüfatı, qida və yüngül sənaye sahələrində fəaliyyət göstərən şirkətlərin rəsmiləri daxildir. Bakı Limanının Əsas yük terminalının rəisi Kamran Cəlili qonaqları dəniz və quru nəqliyyat növlərini birləşdirən liman terminallarının təkmilləşdirilmiş mexanizmləri, habelə limanın cari və gələcək yükaşırma imkanları ilə tanış edib.

Nümayəndə heyətinin rəsmisi – Litva prezidentinin müşaviri Vaidas Augustianavicius Bakı Limanının dayanıqlı inkişaf təşəbbüsləri, ətraf mühitin qorunması və regionda dairəvi iqtisadiyyatın yaradılmasına töhfə vermək üzrə məqsədlərinin əhəmiyyətli olduğunu bildirib.

Xatırladaq ki, bu gün Bakıda İqtisadiyyat Nazirliyinin və nazirlik yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə təşkilatçılığı Azərbaycan-Litva biznes forumu çərçivəsində keçiriləcək. Tədbirdə Litvanın 20-dən çox şirkəti təmsil olunacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man