Rusiyanın “Rostselmaş” şirkəti gələn ildən etibarən Azərbaycanda “Nova” kombaynlarının istehsalına başlamağı planlaşdırır.
Avtosfer.az xəbər verir ki, bunu şirkətin yeni bazarlara satış üzrə direktoru Maksim Maksimov deyib.
Onun sözlərinə görə, şirkətin cari ilə olan planlarına kənd təsərrüfatı maşınlarının Azerbaycanda satışı daxildir ki, bu texnikaya olkədə tələbat böyükdür.
"Həmçinin, burada istehsal olunacaq avadanlıqların üçüncü ölkələrə də satışı nəzərdə tutulur. İlk növbədə, bunlar Azərbaycanla həmsərhəd ölkələrdir. Məsələn, İrana birbaşa satışlarımız var, lakin Azərbaycan üzərindən satışlar həm bizə, həm və tərəfdaşlarımıza maraqlı olardı",- deyə Maksim Maksimov qeyd edib. (Apa)
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man