BNA ödəmə terminallarını çıxarıb yerinə reklam yerləşdirdi - FOTOFAKT

18 May 2022 | 14:09
OXUNUB: 1843

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin ödəmə terminalları yerləşdiyi məntəqədən çölə çıxarılıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, yaxın günlərdə həmin məntəqənin yerində iaşə obyekti fəaliyyətə başlayacaq. 

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev qafqazinfo-ya ödəmə terminallarının yerinin dəyişdirildiyini təsdiqləyib. O qeyd edib ki, avadanlıqlar məntəqə daxilində həddindən artıq qızdığı üçün oradan çıxarılıb: “Bu yerdəyişmə də sərnişinlərimiz üçün hər hansı çətinlik yaratmayıb. Çünki terminallar əvvəlki məntəqənin yaxınlığında daha rahat formada sərnişinlərimizin xidmətindədir. Əvvəlki ödəmə məntəqəsinin yerində isə iaşə obyekti olacaq. Burda hər hansı qeyri-adi bir məsələ yoxdur. Xarici şəhərlərin təcrübəsinə baxsaq, bu cür mərkəzlərdə belə iaşə obyektlərinin olduğunu görə bilərik. Qanunvericiliyin tələbləri qorunmaqla görülən işlərdir. Təəssüf ki, bəzi sosial şəbəkə istifadəçiləri məsələni fərqli formada təqdim edərək manipulyasiyalar edirlər”. 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man