Lökbatanda uzunluğu 1 km-dən çox olan küçədə təmir işləri aparılır - VİDEO

Yeniliklər 18 May 2022 | 10:59
OXUNUB: 835

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qaradağ rayonunun Lökbatan qəsəbəsində uzunluğu 1,2 km, eni isə 6 metr olan Vilayət Əsgərov küçəsində təmir işləri aparır.

Avtosfer.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, yenidənqurma işləri çərçivəsində küçə boyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının və küçənin profilə salınması işləri görülüb, yol əsası işlənilib, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub.

Hazırda küçə boyu yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Təmir işlərinin aparıldığı sahə 7 200 kv.m təşkil edir.

Sadalanan təmir işləri qəsəbənin 2 430 metr uzunluğa, 6 metr enə malik Massiv 1, küçə 2 ünvanında da icra olunur. İşlərinin aparıldığı 14 580 kv.m sahədə asfaltlanma işlərinə də strat verilib.

Ümumilikdə qəsəbənin 1 və 2-ci yaşayış massivləri üzrə 8 430 metr uzunluğa malik küçə və yollarında hazırda təmir işləri icra olunur.

Xatırladaq ki, 2021-ci ildə Qaradağ rayonunda ümumi uzunluğu 6.5 km olan küçə və yollarda təmir işləri aparılıb. Cari ildə təmiri nəzərdə tutulan küçələrin uzunluğu isə 19,6 km təşkil edir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man