Bakıda maşını bərk sürən taksi sürücüsü ilə sərnişin xanım mübahisə etdi; işə polis qarışdı

17 May 2022 | 21:49
OXUNUB: 34964

Bakıda taksi sürücüsü ilə xanım sərnişinin mübahisəsini əks etdirən görüntülər yayılıb.

Avtosfer.az xəbər verir ki, videogörüntülər sosial şəbəkədə paylaşılıb və istifadəçilər arasında ciddi müzakirələrə səbəb olub. Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hadisə aprelin 22-də Nizami rayonu ərazisində baş verib. Mübahisə tərəfləri qarşılıqlı olaraq polisə müraciət ediblər.  Yanında azyaşlı övladı olan L.Mustafayeva ilə avtomobilin yüksək sürətlə idarə edilməsinə görə iradından əsəbiləşən sürücü Ə.Mustafayev arasında mübahisə yaranıb. Müraciətlərə müvafiq polis bölməsində baxılmaqla, araşdırma aparılıb.  Məlum olub ki, həmin xanım polis əməkdaşı deyil, jurnalist fəaliyyəti ilə məşğuldur.  Araşdırma zamanı hər iki tərəf izahat ərizələrində göstərdikləri xüsusatları təsdiq ediblər. Araşdırmanın gedişində tərəflər ərizə ilə təkrar müraciət edərək  barışdıqlarını və şikayətlərinin olmadığını bildiriblər.

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man