Girdimançayda sel maşını aparıb, sürücü son anda xilas edilib - VİDEO

17 May 2022 | 22:01
OXUNUB: 1551

İsmayıllıda sel çaydan keçən maşını aparıb. Avtomobil daşlara ilişərək qalıb.

Avtosfer.az-ın məlumatına görə, rayonun Zərnava kənd sakini 34 yaşlı Zamiq Ağayev idarə etdiyi  "UAZ" markalı avtomobillə  Girdimançayı keçmək istəyərkən güclü selə düşüb.  O, avtomobili çaydan çıxara bilməyib. Sel suları avtomobili bir neçə dəfə aşırıb. Sürücü Zamiq Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, suda boğulmaqdan son anda xilas olub. Sürücü yaxınlıqdakı insanların köməyilə sudan çıxarılaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ona tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man