Mərkəzi Nəbatat Bağında yerləşən “Şəki” restoranı sökülməyə başlanıb - FOTO

17 May 2022 | 22:18
OXUNUB: 1986

Mərkəzi Nəbatat Bağında yerləşən “Şəki” restoranı sökülməyə başlanıb.

Avtosfer.az xəbər verir ki, restoranın söküntü prosesi 3 gün ərzində yekunlaşacaq. Eyni zamanda Mərkəzi Nəbatat Bağında yerləşən laboratoriya binası, o cümlədən avtomobil qarajı və kafe də sökülüb. Ümumiyyətlə, indiyə qədər Mərkəzi Nəbatat Bağında qanunsuz fəaliyyət göstərən 10-a qədər tikili sökülüb. Qeyd edək ki, Nazirlər Kabinetinin 7 yanvar 2022-ci il tarixli qərarı ilə, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Mərkəzi Nəbatat Bağı və Dendrologiya Bağı publik hüquqi şəxslər yaradılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının mövcud ərazisi və Dendrologiya İnstitutunun Bakı şəhərinin Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən mövcud ərazisi müvafiq olaraq “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin və “Dendrologiya Bağı” publik hüquqi şəxsin ərazisi qismində müəyyən edilib.

Mərkəzi Nəbatat Bağında söküntüMərkəzi Nəbatat Bağında söküntüMərkəzi Nəbatat Bağında söküntüMərkəzi Nəbatat Bağında söküntüMərkəzi Nəbatat Bağında söküntüMərkəzi Nəbatat Bağında söküntüMərkəzi Nəbatat Bağında söküntüMərkəzi Nəbatat Bağında söküntüMərkəzi Nəbatat Bağında söküntü

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man