Şəkinin Kiş kəndi dağlar qoynunda yerləşir. Kəndin yaxınlığından eyniadlı çay keçir. Yolları isə dağlı-kəsəklidir. Sakinlər təsərrüfatlarına gedib-gəlmək üçün bəzən Kiş çayından keçməli olur.
Avtosfer.az xəbər verir ki, kənd sakini Dilqəm Kərimli təsərrüfat işlərində üzləşdiyi çətinliklərlə bağlı maraqlı üsula əl atıb. Yük avtomobillərinin detallarından istifadə edərək yolsuzluq avtomobili hazırlayıb. Bu işə 3-4 ay sərf etdiyini deyən Dilqəm qeyd edib ki, avtomobilin hazırlanması üçün 1800 manatdan artıq vəsait xərcləyib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man