Atasını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

17 May 2022 | 18:51
OXUNUB: 1186

Tovuzda atasını qətlə yetirməkdə təqsirləndirilən Ceyhun Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Avtosfer.az xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş baxılması üçün hakim Xəqani Səmədovun icraatına verilib. Məhkəmənin vaxtı hələ ki məlum deyil. Qeyd edək ki, hadisə bu ilin fevralında Tovuzun Hunanlar kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1947-ci il təvəllüdlü Qamət Əliyev oğlu, 1980-ci il təvəllüdlü C.Əliyev tərəfindən odlu silahla qətlə yetirilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Məlumata görə, qətlə yetirilən şəxs uzun müddət Bakı şəhərində "Avtobaza"nın, "Taksi Park"ın və Təchizat İdarəsinin müdiri vəzifələrində çalışıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man