Azərbaycanda "UAZ" çayda batdı, içindəkilər xilas oldu - VİDEO

17 May 2022 | 14:29
OXUNUB: 736

İsmayıllı rayonunun Lahıc qəsəbəsin​də avtomobil çayda batıb. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Girdiman çayı Zərnava kəndi istiqamətində hərəkət edən “UAZ” markalı avtomobili aparıb. Hadisə vaxtı avtomobildə olan şəxslər xilas ola bilsələr də, yolsuzluq şəraiti üçün nəzərdə tutulmuş maşın tamamilə yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, 800 nəfərdən çox əhalisi olan Zərnava kəndinə yay mövsümündə yolsuzluq üçün nəzərdə tutulmuş avtomobillərlə, qış mövsümündə isə 8 km məsafədə atla və ya piyada getmək mümkündür.

Piyadalar kəndə gedərkən Girdiman çayı üzərində olan məşhur asma körpüdən istifadə edirlər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man