Mayın 1-dən etibarən Azərbaycan Respublikasında tibbi maskalardan məcburi istifadə olunması tələbi ləğv edilib. İki ildən sonra maskasız həyata geri qayıtsaq da, metroda vətəndaşların yoxlamaları hələ də davam edir.
Avtosfer.az xəbər verir ki, maska ləğvindən sonra metro polisi tərəfindən sərnişinlərin yoxlanılması daha da artıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev həmin yoxlamaların COVID-19 xəstələrini müəyyən etmək üçün aparılır: “Metroya daxil olan COVID-19 xəstələrinin müəyyən etmək üçün metronun girişində sərnişinlərin sənədləri yoxlanılır. Lakin, bu heç də kütləvi şəkildə aparılmır”.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man