“McDonald's” Rusiyadakı biznesini satır

16 May 2022 | 21:17
OXUNUB: 1317

Rusiyanın Sənaye və Ticarət Nazirliyi ABŞ-ın “McDonald's” restoranlar şəbəkəsinin Rusiyadakı biznesinin satışı ilə bağlı danışıqların aparılması faktını təsdiqləyib.

Qurumdan bildirilib ki, şəbəkənin qərarını sivil və optimal adlandırmaq olar. Eyni zamanda, qeyd olunub ki, Rusiyadakı şəbəkənin rəhbərliyinə nazirlik tərəfindən restoranların yenidən açılması və biznes proseslərinin sadələşdirilməsi istiqamətində bütün lazımi dəstək göstəriləcək. Şirkətə yaxın mənbə bildirib ki, “McDonald's” ölkədə yeni brend altında fəaliyyətini bərpa edəcək. Onun sözlərinə görə, şəbəkəyə daxil olan restoranların sayı azalmayacaq və bütün restoranlar işləyəcək.

Mənbə: İzvestiya

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man