London polisi bir neçə gün əvvəl baş verən qəza ilə bağlı məlumat yayıb. Avtosfer.az-ın xəbərinə görə, Baş nazir Boris Consonun villasına çırpılan avtomobil yüngül dağıntı törədib. Zərbənin təsirindən villanın ətrafındakı kərpic səki dağılıb, bir ağac kökündən çıxıb. Sürücü yüngül xəsarət alıb.
Polisin məlumatına görə qəzaya yüksək sürət səbəb olub, terror ehtimalı yoxdur.
Bu villanı Boris Conson 2019-cu ildə 1,3 milyon funta (təxminən 2,6 milyon manat) alıb.
Vüqar
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man