Rəhman Hümmətov Franz Vessiqlə görüşdü - FOTOLAR

16 May 2022 | 16:48
OXUNUB: 502

Bakı şəhərində Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovla Avstriya Respublikasının Rəqəmsal və İqtisadi İşlər üzrə Federal Nazirliyinin Xarici İqtisadi Əlaqələr Qrupunun rəhbəri Franz Vessiq arasında ikitərəfli görüş keçirilib. Avtosfer.az xəbər verir  ki, görüşdə ölkələrimiz arasında mövcud iqtisadi, elmi və texniki əlaqələr müzakirə olunub.

Azərbaycan və Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahəsində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın səmərəli platforma olduğu vurğulanıb.
Eyni zamanda Komissiyanın 10-cu iclasının və Azərbaycan – Avstriya Biznes Forumunun təşkilinin əhəmiyyəti haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahəsində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan tərəfindən həmsədri Rəşad Nəbiyev və Avstriya tərəfindən həmsədri Franz Vessiqdir.
 

 

  • Rəhman Hümmətov Franz Vessiqla görüşdü - FOTOLAR
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man