Paytaxtda sürücüləri çaşdıran işıqfor təmir edildi - YENİLƏNİB - FOTO

16 May 2022 | 15:49
OXUNUB: 1493

Xətai rayonunun Lütfizadə küçəsində sürücüləri çaşdıran işıqfor artıq təmir edilib. 

Bununla bağlı Oxu.Az-a Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Həmin ərazidən fotoları təqdim edirik:

14:45

Bakıda işıqfor dörd gündür sürücüləri çaş-baş salıb.

Oxu.Az xəbər verir ki, söhbət Xətai rayonunun Lütfizadə küçəsindən gedir. 

Hərəkət iştirakçıları deyir ki, küçədə hər gün qəza şəraiti yaranır:

“Lap film kimi səhnədir, kinoda “oxu, ya oxuma” deyilən kimi, biz də bilmirik “sürək, yoxsa sürməyək”. Artıq dörd gündür vəziyyət belədir. İşıqfor 7 saylı Şəhər Poliklinikasının yaxınlığındadır”.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan Bakı Nəqliyyat Agentliyindən (BNA) Oxu.Az-a bildiriblər ki, sözügedən küçədə işıqforun nasaz olduğundan məlumatlıdırlar:

“Aidiyyəti üzrə əməkdaşlar tərəfindən işıqfora baxış keçirilib. Problem texniki nasazlıq səbəbindən baş verib. Qısa zamanda işıqforun fəaliyyəti bərpa ediləcək”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man