Boşanmağa hazırlaşan ailə qəzaya düşdü – Sakinlərdən ŞOK İDDİA

16 May 2022 | 14:38
OXUNUB: 946

Mayın 14-də Qazax rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. 
Avtosfer.az xəbər verir ki, Qazax rayonunun Daş Salahlı kənd sakini Hikmət Əfəndiyev idarə etdiyi "Mersedes" markalı avtomobillə rayonun Çaylı kəndindən keçən hissəsində qəza törədib. 

Hadisə zamanı avtomobildə olan sürücü Hikmət Əfəndiyev və iki sərnişin - onun həyat yoldaşı Bahar Əfəndiyeva və qayınanası Çimnaz Muradova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.  
Xəsarət alanların hər üçü Qazax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sərnişinlərin vəziyyəti stabil olsa da, Hikmət Əfəndiyevin durumu pisləşdiyinə görə, Bakıda yerləşən xəstəxanalardan birinə köçürülüb. 

Kənd sakinlərinin Modern.az-a bildirdiyinə görə, Hikmət Əfəndiyev və həyat yoldaşı Bahar Əfəndiyeva boşanma ərəfəsində olub. Onlar ayrılmaq üçün məhkəməyə müraciət etmək qərarına gəliblər.

Yerli sakinlər arasında gəzən fikirlərə əsasən, hadisə ailə münaqişəsi zəmnində baş verib. Belə ki, sürücü avtomobildə olarkən həyat yoldaşı və qayınanası ilə mübahisə edib. O, mübahisə zamanı idarəetməni itirərək, qəza törədib. 

Hadisə nəticəsində ağır xəsarətlər alan sürücü 3 övlad atasıdır.

Onu da qeyd edək ki, sakinlərin səsləndirdiyi iddiaların real olub-olmadığı araşdırmanın nəticələrindən sonra məlum olacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man