Abşeronda avtomobil piyadanı vuraraq öldürüb. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, mayın 15-i saat 14 radələrində rayonun Mehdiabad qəsəbəsi ərazisində Şabran rayon sakini K.İsgəndərov idarə etdiyi “BYD” markalı avtomobillə yolu keçən qəsəbə sakini Azad Əzizovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Bundan başqa, mayın 15-i saat 21 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini C.Hüseynov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən həmyerlisi İlyas Vəliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
Məmin gün saat 23 radələrində Sabirabad şəhəri ərazisində Saatlı şəhər sakini A.Atabəyli idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən şəhər sakini Aidə Hüseynovanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Hər üç faktla bağlı araşdırma aparılır.
Orxan Əli
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man