Yol polisi üç dəhşətli qəzanın görüntülərini yaydı - ANBAAN VİDEO

16 May 2022 | 11:59
OXUNUB: 1914

Daim sürücülərə diqqətli olmaları barədə xəbərdarlıq edilsə də, bu sahədə mütəmadi təbliğat aparılsa da, ani diqqətsizliyin səbəb olduğu qəzalar qaçılmazdır. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Avtosfer.az-a bildirib ki, mütəmadi məlumatlar verilməsinə baxmayaraq, yenə də yollarda məsuliyyətsizlik edən sürücülərlə üzləşirlər: “Təqdim olunan hər üç görüntü paytaxt yollarında ötən dövrdə baş verib. Bu, hələ həmin qəzaların bir qismidir. Bu qəzalara səbəb isə sürət həddinin aşılması, təhlükəli manevrlər və sürücü diqqətsizliyidir. Bir daha sürücüləri yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırırıq. Öz həyatlarını, digər hərəkət iştirakçılarının həyatını riskə atacaq davranışlara yol verməsinlər. Çünki ani diqqətsizlik ya sizi, ya da digərlərini “yol terroru”na qurban verə bilər”.

Avtosfer.az təqdim olunan hadisələrin görüntülərini təhlil edərək bildirir ki, birinci qəzada sürücünün sükan arxasında yuxuladığı və ya diqqətin yolda olmadığını ehtimal etmək olar. Ola bilsin ki, sürücünün başı telefona qarışıb, qəflətən sərt manevr etdiyi üçün sürətli yolda maşın idarəetmədən çıxır.

İkinci hadisədə sürücü göz görə-görə qırmızı işıqda hərəkəti davam etdirir. Nəticədə "Prius" həmin avtomobili vurur, o da başqa avtomobilə çırpılır.

Üçüncü kadrda isə biz yüksək sürətin ağır nəticəsinin şahidi oluruq.

Sürücüləri sükan arxasında son dərəcə diqqətli olmağa çağırırıq.

 

Şəfa

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man