Avstriyaya səyahət edənlər üçün 3G qaydası ləğv olunur

Yeniliklər 15 May 2022 | 14:55
OXUNUB: 1333

Mayın 16-dan etibarən Avstriyaya səyahət edənlər üçün koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan 3G qaydası (peyvənd sertifikatı, sağalmaya dair arayış və ya PZR testi) ləğv edilir.

TED.az xəbər verir ki, bu qərarla da dünyanın istənilən ölkəsindən Avstriyaya səfər edənlər heç bir öhdəlik olmadan ölkəyə daxil ola biləcəklər. Səhiyyə Nazirliyinin sərəncamında bu qərar hazırkı epidemioloji vəziyyətlə əlaqələndirilib.

Nazirlikdən bildirilib ki, virus variantları regionlarının əks olunduğu siyahı qüvvədə saxlansa da, hazırda həmin siyahıda heç bir ölkə və ya regionun adı yoxdur. Əgər haradasa virus variantları yenidən meydana gələrsə, o zaman həmin ölkə üzrə test, qeydiyyat və ya karantin öhdəliyinə dair məlumatları bu siyahı əsasında əldə etmək mümkün olacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man