“Hyundai” ABŞ-da elektromobil zavodu tikməyi planlaşdırır

Nəqliyyat xəbərləri 14 May 2022 | 22:29
OXUNUB: 2435

Cənubi Koreyanın “Hyundai Motor Group” avtomobil istehsalçısı ABŞ-ın Corciya ştatında elektromobil istehsal edən zavod tikməyi planlaşdırır.

TED.az xəbər verir ki, marketwatch.com saytı bu barədə Birləşmiş Ştatların rəsmi dairələrindəki mənbəyə istinadla məlumat yayıb. Məlumata görə, “Hyundai” layihəni ABŞ Prezidenti Cozef Baydenin mayın 20-21-də Seula planlaşdırılan səfəri zamanı elan edəcək. Layihə dəyəri 7 milyard dollar olan müəssisə 8,5 min yeni iş yeri açmağa imkan verəcək. Burada elektromobillərlə yanaşı, daxiliyanma mühərrikli avtomobillər də istehsal olunacaq.

Bir müddət öncə “Hyundai” 2025-ci ilədək elektrik avtomobillərinin istehsalı, mövcud müəssisələrin modernizə edilməsi və texnologiyaların inkişafı üçün ABŞ-a 7,4 milyard dollar sərmayə yatıracağını bildirmişdi.

Ötən ilin dekabrında ABŞ-ın elektromobil istehsalçısı “Rivian Automotive” kompaniyası da Corciya ştatında zavod tikmək planlarını açıqlamışdı. Beş milyard dollar sərmayənin yatırılacağı layihə 7,5 min nəfəri işlə təmin etməlidir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man