Azərbaycanda quru sərhədlər nə vaxt açılacaq? - VİDEO

Gündəm 13 May 2022 | 22:42
OXUNUB: 3843

Ölkəmizdə pandemiya ilə bağlı  əksər qadağalar aradan qaldırılsa da, quru sərhədləri hələ də bağlıdır. Uzun müddətdir sərhədlərin açılması ilə bağlı  müzakirələr aparılır, lakin hələ ki, nəticə yoxdur.  Artıq  epidemioloji vəziyyət də tam nəzarət altındadır. Yoluxma sayı da əvvəlki aylarla müqayisədə qat-qat azalıb. Bəs bütün bunların fonunda sərhədlərin açılması gözləniləndirmi?

Hazırkı epidemioloji vəziyyət uzun müddətdir bağlı qalan quru sərhədlərinin açılmasına imkan verir. Bunu açıqlamasında millət vəkili Vüqar Bayramov deyib. Millət vəkili bildirib ki, indiki durumda quru sərhədlərinin mərhələli şəkildə açılması mümkündür. Onun sözlərnə görə, ölkəmizdə epidemoloji vəziyyət nəzarət altındadır, yoluxma sayı kifayət qədər azdır. Xüsusi karantin rejimində əksər qadağalar da aradan qaldırılıb. Millət vəkili deyir ki, turizm mövsümünün yaxınlaşması ilə əlaqədar artıq quru sərhədlərinin açılması istiqamətində işlərə başlanmalıdır. Bu addım ölkəyə gələn turistlərin sayını əhəmiyyətli dərəcədə artıra bilər.Qeyd edək ki, Azərbaycan pandemiya ilə əlaqədar 2020-ci ilin mart ayında quru sərhədlərini bağlayıb. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man