Ünvanlı sosial yardım almaq istəyənlərin NƏZƏRİNƏ

Gündəm 13 May 2022 | 20:38
OXUNUB: 1288

Əksər aztəminatlı ailələr ünvanlı sosial yardım almağın yolunu bilmir. Tələb olunan sənədləri düzgün vermədikləri üçün onların müraciəti qəbul edilmir və müavinətsiz qalırlar. Bəs ünvanlı sosial yardım almaq üçün hansı qaydada müraciət etmək lazımdır?

Baş Prokurorluğun mətbuat xidmətindən mövzu ilə bağlı verilən cavabı təqdim edirik: “Ailəni təmsil edən yetkinlik yaşına çatan və əmək qabiliyyətli şəxs, o, olmadıqda ailə üzvü olmayan qəyyum, köməkçi və ya vəkil edilən şəxs sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə ərazi icra nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariusda təsdiqlənir. Müraciəti nümayəndə etdikdə, şəxsin qəyyum və köməkçi olmasını təsdiq edən sənəd də arayışa əlavə olunmalıdır. Təsdiq edilmiş təmsilçilik barədə ərizədə göstərilən ailəni təmsil edən şəxs, yəni təmsilçi Elektron hökumət və ya nazirliyin e-sosial portalında yerləşdirilən ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi elektron xidmətdən istifadə etməklə ərizə-bəyannaməni dolduraraq nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin ünvanlı yardım (VEMTAS) altsisteminə göndərir. Elektron formada göndərilən müracitə həmin gün qeydiyyata alındıqdan sonra istifadəçinin ekranına və ya təmsilçinin ərizə-bəyannamədə qeyd etdiyi əlaqə vasitələrinə VEMTAS tərəfindən ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında bildiriş 3 gün müddətinə göndərilir. Ərizənin qeydiyyata alındığı tarix ailənin sosial yardıma müraciət etdiyi gün sayılır. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 iş günü müddətinə araşdırılır və sosial yardımın təyin olunub-olunmaması barədə qərar qəbul edilir. Nəzərə almaq lazımdır ki, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Aztəminatlı ailə sosial yardım üçün ikinci dəfə də müraciət edə bilər”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man