Azərbaycanda DYP zabiti özünü güllələyərək öldürüb - YENİLƏNİB

İctimai nəqliyyat 13 May 2022 | 14:32
OXUNUB: 31783

Bu gün Füzuli rayonunun Horadiz qəsəbəsində güllə xəsarətindən vəfat edən polis əməkdaşı İ.Qasımovun DYP zabiti olması üzə çıxıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, xidməti silahla ehtiyatsız davranma səbəbindən aldığı güllə xəsarətindən ölən 1994-cü il təvəllüdlü İ.Qasımov Füzuli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin baş inspektoru vəzifəsində çalışıb. Baş leytenant rütbəsini daşıyan 28 yaşlı İ.Qasımov ailəli və 2 azyaşlı uşaq atası olub.

Hadisənin hansı şəraitdə baş verməsi hələlik tam aydınlaşmayıb.

Daxili İşlər Nazirliyi İ.Qasımovun ehtiyatsızlıqdan açılmış atəş səbəbindən öldüyünü açıqlayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Azərbaycanda polis əməkdaşı ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölüb. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, mayın 13-də Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı İ.Qasımov yaşadığı Horadiz qəsəbəsindəki evdə ona təhkim olunan xidməti silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən ölüb.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man