Bakıda səfirlik əməkdaşı avtomobil qəzasına düşdü

Yol qəzaları 13 May 2022 | 14:49
OXUNUB: 768

Bakıda səfirlik əməkdaşı avtomobil qəzasına düşüb.

Trend-in məlumatına görə, hadisə bu gün saat 11 radələrində baş verib.

1987-ci il təvəllüdlü Türkiyə vətəndaşı Yüzak Taner idarə etdiyi avtomobillə hərəkətdə olarkən digər avtomobillə toqquşub. Hadisə nəticəsində ağır xəsarət alan Y.Taner xəstəxanaya yerləşdirilib.

Qəzada xəsarət alan Y.Tanerin Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşı olduğu bildirilir.

Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətinin rəhbəri Elnur Hidayətoğlu Trend-in sorğusuna cavab olaraq bildirib ki, qəzada ağır xəsarət alan Türkiyə vətəndaşı mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

“Dərhal yaralıya ilkin tibbi yardım göstərilib. KT və ultrasəs müayinəsi aparılıb. Hazırda yaralı qapalı kəllə beyin travması ilə Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır stabil olaraq qalır”, - E.Hidayətoğlu deyib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man