Ağır qəzada ölən 2 aylıq körpə peyvəndə aparılırmış

Yol qəzaları 13 May 2022 | 13:38
OXUNUB: 877

Bakı-Quba yolunun Xızı rayonundan keçən hissəsində ötən gün baş vermiş ağır qəzada sürücü və ata ilə yanaşı, 2 aylıq qız uşağının da öldüyü barədə məlumat vermişdik.

Avtosfer.az-ın məlumatına görə, Xızı rayonunun Giləzi qəsəbə sakini 31 yaşlı Pərviz Xudabaxışov, anası 56 yaşlı Vəsxanım Xudabaxışova və həyat yoldaşı 24 yaşlı Əfsanə Xudabaxışova ilə birlikdə 2 aylıq Mədinə Pərviz qızı Xudabaxışlını peyvənd vurdurmağa aparırmış.


Qeyd edək ki, Giləzi sakini, 31 yaşlı Orxan Qasımovun idarə etdiyi “Jiquli” "VAZ-2106" markalı avtomaşının Rusiya vətəndaşı Maqomed Abdulməcidovun idarə etdiyi yük avtomaşını ilə toqquşması nəticəsində ata və azyaşlı körpəsi həyatını itirib.

Bizim.Media

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man