Bakı Limanı:“Qazaxıstan istiqamətində yükdaşımalar sürətlə artır"

13 May 2022 | 13:18
OXUNUB: 595

Qazaxıstan istiqamətində yükaşırılmasında sürətli artım müşahidə edilir.

Bunu Avtosfer.az-a açıqlamasında "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Strateji planlaşdırma və inkişaf departamentinin müdiri Xudayar Həsənli bildirib.

Onun sözlərinə görə, sözügüdən istiqaməti üzrə vaqon aşırılmasının artım tempi 3 dəfəyə yaxındır: “Eyni zamanda, Qazaxıstan istiqamətində gedən TIR daşımaları da iki dəfə artıb. Qazaxıstan istiqamətində 2021-ci ilin 4 ayında təqribən 5 min TEU konteyner aşırılmışdısa, 2022-ci ilin 4 ayında konteyner aşırılması 10 mini aşıb. Bu, geosiyasi vəziyyətin dəyişməsinin ilkin simptomlarını göstərir. Belə ki, Şimal dəhlizindən keçən yükləri mart-aprel ayından artıq aşırdırıq”.

Xatırladaq ki, Bakı Limanı Ələtdə iki əsas nəqliyyat dəhlizinin - Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşir. Bakı Limanının inkişafı 2 mərhələ üzrədir. 2019-cu ildə birinci mərhələnin inkişafı başa çatdırılıb və sonra Bakı Limanında ümumi yükaşırma imkanı artaraq 15 milyon ton ümumi yük və 100 000 TEU-ya qədər konteyner olub. İkinci mərhələdə isə Liman kompleksinin tikintisinin ikinci mərhələsinin başa çatdırılması ilə Bakı Limanının ümumi yükaşırma imkanı artaraq 25 milyon ton ümumi yük və 500,000 TEU-ya qədər konteyner olacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man