Bakı metrosu daha 7 maşinisti işə qəbul etməyə hazırlaşır

13 May 2022 | 11:38
OXUNUB: 576

2021-ci ilin iyul ayında başlanmış təlimləri bitirən daha 7 məzun "Bakı Metropoliteni" QSC-də ən tanınmış peşələrdən biri hesab olunan maşinist peşəsinə yiyələnib.

Avtosfer.az xatırladır ki, təlimlərlə bağlı müsabiqə ötən ilin fevral ayında elan edilib.

300-ə yaxın müraciət arasında 170 nəfər əsas tələblərə uyğun gəldiklərindən imtahanlara çağırılıb. Metropolitenlə bağlı ibtidai biliklər və məntiq testinə qatılan 125 nəfərdən yalnız 35-i məqbul nəticə göstərib. Müsahibə və psixoloji testdən ibarət ikinci mərhələni 16 nəfər keçə bilib. Üçüncü kadr komissiyası və tibbi yoxlamadan keçən 10 nəfər nəzəri təlimlərə başlasa da, kursun gedişində 3 müdavim müxtəlif səbəblərdən tədris prosesindən uzaqlaşıb. Nəzəri və praktiki mərhələlərdən uğurla keçən 7 müdavim isə təcrübə müddətini də uğurla keçərək, kadr komissiyası qarşısına çıxıb və metropolitenin maşinisti vəsiqəsini əldə edib.

Artıq daha bir kurs da yekunlaşıb. 8 müdavimdən 6-sı normativlərə uyğun olaraq təcrübəyə cəlb olunub. Müdavimlər 7 aya yaxın davam edən kursda kifayət qədər praktiki vərdişlərə yiyələnsələr də, təlimlərdən sonra 2 aya yaxın davam edən yürüşlərdə normativləri yerinə yetrməli, maşinist kimi özlərini doğrultmalı və qatarı sərbəst idarə etmək bacarığını təsdiq etməlidirlər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man