Bakıda gənc oğlan bir neçə nəfər tərəfindən döyülərək xəsarət alıb.
“Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Kürdəxanı qəsəbəsində 1994-cü il təvəllüdlü Həsənov Məhərrəm Akif oğlu küçədə gedərkən tanımadığı bir neçə nəfərin hucumuna məruz qalıb.
Bədən xəsarətləri alan gənc təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona üz və baş nahiyələrinin hematoması diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man