Sumqayıtın Novxanı bağları massivinin yolları bərbad vəziyyətdədir. Bu yaşayış məntəqəsində həmçinin avtobus qıtlığı yaşanır.
Avtosfer.az-ın məlumatına görə, ərazidə yaşayan sakinlər bu problemlərdən əziyyət çəkirlər. Adıçəkilən massivdə təxminən 5 minə yaxın sakin yaşayır. Sakinlərin sözlərinə görə, belə vəziyyət uzun müddətdir ki, davam edir. İddialara görə, axşam saat 5-dən sora ümumiyyətlə avtobus tapmaq mümkün deyil. Belə olan halda isə əsas yola çıxmaq üçün xeyli məsafəni piyada qət etməli olurlar. Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayevin sözlərinə görə, qeyd olunan ərazidə fəaliyyət göstərən marşrut xətti sahibkara məxsusdur. ''Sözügedən xətt üzrə intervalın azaldılması ilə bağlı sahibkarla danışıqlar aparılacaq. Eyni zamanda, mərkəzi küçədə gələcəkdə asfaltlanma işləri aparılacaq'',- deyə o əlavə edib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man