Arvadını və qayınatasını bıçaqlayan şəxs 11 il 3 ay azadlıqdan məhrum edilib

12 May 2022 | 20:28
OXUNUB: 911

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Ağcabədi rayonunda həyat yoldaşını və qayınatasını bıçaqlayan İlhamiz Cəfərovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

İlhamiz Cəfərovun yaxınlarının APA-ya verdiyi xəbərə görə, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə 1982-ci il təvəllüdlü Cəfərov İlhamiz Araz oğlu 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, hadisə ötən il dekabrın 9-da rayonun Ümid qəsəbəsində baş verib.

Qəsəbədə məskunlaşan İlhamiz Cəfərov yaşadığı binada həyat yoldaşı 38 yaşlı Cəfərova Aynurə Azim qızına və onun atası 63 yaşlı Hüsiyev Azim Kamal oğluna bıçaqla xəsarət yetirib.

Hadisəni törədən İlhamiz Cəfərov hüquq-mühafizə orqanlarının əməkdaşlarına təslim olub. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man