Bakının giriş-çıxış yollarında keçidlər inşa edilir - FOTO - VİDEO

Yeniliklər 12 May 2022 | 15:49
OXUNUB: 806

Magistral avtomobil yollarının Bakı şəhərinə yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır. AAYDA-dan Avtosfer.az-a verilən məlumata görə, sözügedən piyada keçidləri vətəndaşların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

Bu çərçivədə M1, M2 və M4 magistral avtomobil yollarında 8 yerdə keçidlər inşa edilir:

1. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21,28 və 46-cı km-lik hissəsində;

2. Bakı-Ələt- Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 25-ci km-lik hissəsində;

3. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 18.5, 20, 21.5 və 25-ci km-lik hissəsində.

İnşası aparılan və tikintisi nəzərdə tutulan yerüstü piyada keçidləri yüngül konstruksiyalıdır. Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası nəzərdə tutulur.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man