Azərbaycanı dünyada tanıdacaq taksi şirkəti yarandı – MİA-dan YENİLİKLƏR - VİDEO

Nəqliyyat TV 12 May 2022 | 13:38
OXUNUB: 2205

Azərbaycanda son zamanlar taksi xidmətiylə bağlı ciddi problemlər ortaya çıxıb. Sürücülər sərnişinlərdən, sərnişinlər sürücülərdən narazıdır. Bu narazılıq əsasən xidmətin keyfiyyəti, qiymətin ucuz olması, sürücülərin ödənişi onlayn şəkildə qəbul etməməsi və digər hallarla bağlıdır. 

Mövzunun müzakirəsiylə bağlı Avtosfer.az-ın qonaqları yerli brend olan “MİA” taksi şirkətinin əməkdaşları - mütəxəssis Mahir Əliyev və marketinq direktoru Ərtoğrul Kamalov olub. Onlar “Made İn Azerbaijan” (MİA) taksi şirkətinin bu sahədə etdiyi yeniliklər barədə sualları cavablandırıb, problemlərə toxunublar. Sürücülər üçün yaradılan iş şəraiti ilə bağlı məlumat veriblər, onları seçən sərnişinləri də unutmayıblar. Bildiriblər ki, sərnişinlər “MİA” taksi şirkətindən istifadə etdikdə bir çox üstünlüklər əldə edirlər. Yığdıqları bonuslarla müxtəlif mağazalardan, restoranlardan endirim kuponu əldə etmiş olurlar. 

Daha ətraflı məlumatı videosujetimizdə təqdim edirik:

Nərminə Əli

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man