Rusiyalı oliqarx lüks yaxtasını Türkiyəyə göndərdi

12 May 2022 | 17:14
OXUNUB: 1035

Rusiyalı oliqarx Dmitri Kamenşçikə məxsus dəyəri 400 milyon dollar olan dəbdəbəli yaxtanın Qərb ölkələrinin sanksiyalarından qurtulmaq üçün Türkiyəyə getdiyi bildirilir.

Avtosfer.az xəbər verir ki, uzun müddət Dominikan Respublikasının paytaxtı Santo Dominqoda bir limanda olan "Uçan Tülkü" adlı yaxta, çirkli pulların yuyulması və silah qaçaqmalçılığı ilə bağlı başlatdığı istintaqın ardından buradan ayrılaraq Türkiyəyə istiqamət alıb.

ABŞ-ın tələbi ilə Dominikan səlahiyyətliləri gəmini bir müddət ələ keçirərək axtarış aparıblar.

400 milyon dollarlıq nəhəng yaxtanın böyük bir hovuzu, kinoteatrı, xəstəxanası və iki helikopter meydançası var. Dmitri Kamenşçik Moskvanın Domodedovo hava limanının rəhbəridir və "Forbes"in məlumatına görə, onun sərvəti 2,1 milyard dollardır.

"Unikal"

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man