Rusiyanın bu şəhərlərinə uçuş məhdudiyyətinin müddəti artırılıb

12 May 2022 | 15:29
OXUNUB: 572

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) ölkənin cənubuna və mərkəzi hissəsinə uçuşlara məhdudiyyətlərin növbəti dəfə uzadıldığını elan edib.

Avtosfer.az-ın məlumatına görə, Rusiyanın 11 hava limanında uçuşların müvəqqəti məhdudlaşdırılması rejimi 19 may 2022-ci il, Moskva vaxtı ilə saat 3:45-ə qədər uzadılıb.

Söhbət Anapa, Belqorod, Bryansk, Voronej, Gelendjik, Krasnodar, Kursk, Lipetsk, Rostov-na-Donu, Simferopol və Elistadan gedir.

Aviaşirkətlərə Soçi, Volqoqrad, Mineralnıye Vodı, Stavropol və Moskvadan keçməklə alternativ marşrutlar qurmaq tövsiyə edilir.

Ölkənin qalan hava limanları müntəzəm olaraq ştat rejimində fəaliyyət göstərir.

Qeyd edək ki, fevralın 24-dən, Rusiyanın Ukraynada xüsusi əməliyyatı başladığı gündən cənub və mərkəzi bölgələrə uçuşlara məhdudiyyət qoyulub.

APA

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man