Bəzi hallarda şirkət avtomobili ilə qəza törədən sürücülər, hüquqlarını bilmədiyindən ciddi problemlərlə üzrləşirlər. Onlardan biri də, qəza zamanı dəymiş zərəri kimin ödəməsidir. Belə ki, mülki məcəllənin bir maddəsinə əsasən məsuliyyəti sürücü, digər maddəsinə əsasən isə şirkət daşıyır.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Ərşad Hüseynov Konstitutya Məhkəməsinin bu məsləyə aydınlıq gətirdiyini bildirib. Əgər sürücü şirkət avtomobili ilə qəza törədərsə, dəymiş zərərə görə şirkət məsuliyyət daşıyır. Nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, qanunun bir maddəsində dəymiş zərəri şirkətin, digərində isə sürücünün qarşılamalı olduğu deyilir. Mülki məcəllənin 1108-ci maddəsində isə şirkət avtomobili sürücüyə etibarnamə ilə verirsə məsuliyyəti şirkətin deyil, sürücünün daşıdığı deyilir. Ərşad Hüseynov bildirib ki, bu maddələrin bir biri ilə qarışdırılmaması üçün konstitutsiya məhkəməsi bu məsələyə aydınlıq gətirib. Ekspert bildirib ki, şirkət əlavə təhlükəsizlik tədbirləri görməlidir. Avtomobili saz vəziyyətdə saxlamaq şirkətin öhdəliyidir. Sürücünün əmək şəraitinə nəzarət də şirkətin üzərinə düşür. Lakin şirkətlə sürücü arasında mülkü məsuliyyətlə bağlı müqavilə olarsa əmək müqaviləsinə əlavə kimi, o zaman şirkət sürücüyə qarşı reqres iddia qaldıra bilər.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man