Nəfis dizayn, daha çox nəzarət, dəbdəbə və həyacan - Tam yeni “LEXUS NX” - FOTO

Nəqliyyat xəbərləri 11 May 2022 | 09:22
OXUNUB: 1462

Tam yeni NX modeli eksteryer və interyer dizaynında yeni istiqamətlərdən, yeni güc aqreqatından, o cümlədən ilk Lexus enerji mənbəyinə qoşula bilən hibrid mühərrikinin daha səlis və bağlantılı idarəetmə təcrübəsi yaşadan dinamik təkmilləşdirmələrindən, yeni nəsil multimedia və bağlantı imkanlarından və daha yüksək təhlükəsizlik, komfort və rahatlıq səviyyəsi üçün qabaqcıl texnologiyalardan istifadə edilməsindən xəbər verərək Lexus brendi üçün yəni səhifə açır.

Lexus yeni NX modelinin "Hər anı daha çox hiss et" keyfiyyətinin əsasında duran, insan rahatlığına yönəlmiş yanaşma tətbiq edib.

DAHA NƏFİS:  LEXUS DİZAYNINDA YENİ İSTİQAMƏT

Tam yeni NX möhkəmlik və cəsurluqla uyğunlaşan balanslı proporsiyalara sahibdir. Birinci nəsil NX modelləri ilə müqayisədə bu modelin ümumi uzunluğu 20 mm, təkər bazası 30 mm, eni 20 mm, hündürlüyü 5 mm artırılıb. Bu ölçülər avtomobilin optimal konstruksiyaya sahib olmasını və arxa oturacaqdakı sərnişinlərin kabinədə yerinin daha çox olmasını təmin edir.

Lexus brendinin şpindel barmaqlığı avtomobilin dizaynının mərkəzində yer alır. Barmaqlığın daha şaquli mövqeyə malik olması onun soyutma xarakteristikalarını təkmilləşdirir.

Avtomobilin arxasında yeni L formalı, kombinasiya edilmiş arxa işıqları, avtomobilin arxası boyunca uzanan Lexus işıqlanması yeni görünüş yaradır. Lexus embleminin avtomobilin arxa qapısında yazılmış "LEXUS" adı ilə əvəz edilməsi avtomobilə daha sadə və müasir görünüş qazandırır.

Avtomobilin funksional gözəlliyi kuzovun üstündə və altında hava axınına nəzarət etmək, yüksək sürətli idarəetmə zamanı düz yolda dayanma stabilliyini artırmaq məqsədilə NX dizaynerləri və mühəndisləri arasında əməkdaşlıqla hazırlanmış detallarda daha aşkar görünür. 

DAHA ÇOX NƏZARƏT: KABİNİN ARXİTEKTURASINDA YENİ KONSEPSİYA

Lexus brendinin "əllər sükanda, gözlər yolda" prinsipini əsas götürən, sürücü kabinəsinin dizaynı ilə bağlı yeni Tazuna konsepsiyası ilk dəfə yeni NX modelində tətbiq edilib.

Konsepsiyanın mərkəzində duran intuitiv idarəetməyə misal olaraq sürücünün üstünlük verdiyi funksiyaları idarə etmək üçün fərdiləşdirilməsi mümkün olan sükan çarxında sensor keçidlərini göstərmək olar. Keçid istifadə edildikdə onun forması proyeksiya displeyində göstərilir və sürücü istifadə etmək istədiyi funksiyanı yoxlamaq üçün sükana baxmalı olmur.

Kabinə sürücünün qapısından mərkəzi konsola qədər uzanan məkanın forması hesabına daha yaxşı hiss olunur. Məlumat mənbələri - multimedia ekranı, çox informasiyalı displey, tək düyməli kombimetr, mərkəzləşdirilmiş ölçü cihazları və (müvafiq olarsa) proyeksiya displeyi - bir sahədə toplanıb və onların məzmununu gözü və başı minimal səviyyədə hərəkət etdirərək oxumaq mümkündür. 

Avtomobilin idarəedilməsinə də bənzər prinsip tətbiq edilib: işəsalma düyməsi, ötürücünün dəyişdirilməsi lingi, kondisionerin idarə elementləri, idarəetmə rejiminin seçilməsi düymələri eyni yerdə toplanıb və onların əlçatanlığı və idarəsi mümkün qədər asan və intuitivdir.

Dizaynerlər sükan çarxı ilə ötürücünün dəyişdirilməsi lingi arasındakı münasibəti təkmilləşdirmək üçün Lexus Takumi ustaları ilə əməkdaşlıq edib. Sükanın çarpaz profili asanlıqla idarə edilmək və ələyatımlı olmaq üçün dəqiq dizayn edilib, ötürücünün dəyişdirilməsi lingi isə tutacağın mükəmməl forması və ideal maillik bucağı ilə mümkün qədər kompakt edilib. Bundan başqa, Lexus sürücünün mövqeyinə mane olmadan avtomobili rahatlıqla idarə etməsi üçün insanların çiynindən barmaq uclarına qədər olan məsafəni araşdırıb.

DAHA DƏBDƏBƏLİ: KOMFORT, SAKİTLİK VƏ OMOTENAŞİ TƏCRÜBƏSİ

Ön sərnişin üçün dizaynın məqsədi sürücünün sahəsindən müdaxilə edilməyən lüks salon təəssüratı yaratmaq idi. Bu, kabinənin dizaynında iki məkanı ayıran dalğalı xətlə vurğulanır.

Salon hissəsi Lexus Takumi ustalığının nümunələri ilə zəngindir, burada gözəl görünüşlü, xoş toxunuşlu və yüksək keyfiyyətli materiallar istifadə edilib. 

Salonun atmosferini mükəmməl edən yeni funksiyalar Lexus Omotenaşi prinsiplərini - insanların ehtiyaclarının artıqlaması ilə qarşılanması və onların özlərini mümkün qədər rahat və komfortlu hiss etməsinin təmin edilməsini əks etdirir. Giriş və işəsalma zamanı ardıcıl işıqlanma və sürücünün çox informasiyalı displeyində şəxsi salamlama bu prinsipin tətbiq edilməsinə nümunədir.

Yeni NX elektron kilidli qapıların elektron açılması sistemi (E-Latch) ilə təchiz edilmiş ilk Lexus modelidir. Bu elektron sistem tanış daxili qapı dəstəyini qapı panelində dirsəkaltının yanındakı düyməli keçidlə əvəz edir.  

Elektrikli arxa baqaj qapısının işi elə təkmilləşdirilib ki, o, həm daha sakit, həm də daha sürətli işləyir - qapının açılma və ya bağlanma vaxtı iki dəfə azaldılıb və təqribi dörd saniyə təşkil edir.

DAHA ÇOX HƏYƏCANVERİCİ VƏ EKOLOJİ TƏMİZ: GÜC AQREQATI VƏ XARAKTERİSTİKALAR

Yeni NX-in Lexus brendinin bazara nüfuz etmək potensialına sahib olan modeli kimi statusu qabaqcıl və təkmilləşdirilmiş texnologiyalara əsaslanan, sinfinin ən yaxşı xarakteristikalarını göstərən geniş diapazonlu güc aqreqatında əksini tapıb.

DÖRDÜNCÜ NƏSİL HİBRİD TEXNOLOGİYASINA MALİK NX 350h

Hibrid NX 350h modelinin xarakteristikaları və effektivliyi dördüncü nəsil Lexus hibrid texnologiyasının təqdim edilməsi ilə yeni zirvələrə qaldırılıb. Bu, hazırkı modelin sistemindən 22% daha çox güc təmin edir, çıxış gücünü 242 DIN at gücünə qaldırır, 0-100 km/s sürətlənməni 15% təkmilləşdirib 7,7 saniyəyə çatdırır, eyni zamanda CO2 emissiyalarının təqribən 10% azalmasına nail olur.

NX 350h həm ön, həm də tam ötürücülü idarəetmə seçimləri ilə təqdim edilir. Ön ötürücülü modelin yedəkləmə imkanı 1 500 kq-a qədər artırılıb və tam ötürücülü versiyanın imkanlarına yaxınlaşdırılıb. 

YENİ 2,5 VƏ 2,4 TURBO BENZİN MÜHƏRRİKLƏRİ 

Model sırası 279 DIN at gücü və 430 Nm fırlatma momentinə nail olan, 2,4 litr turbo mühərrikə sahib olan NX 350 modelini əhatə edir. Avtomobilin gücü yeni və daha qısa əmsallara sahib olan "Direct Shift" səkkizpilləli avtomatik ötürməsinin sürətli reaksiyası ilə bir araya gəlir. Tam yeni, elektrik idarəetməsinə malik, daimi tam ötürücülü idarəetmə sistemi gücün yolla ilişmənin aşağı səviyyədə olduğu şərtlərdə yola effektiv ötürülməsini təmin edir, dinamik fırlatma momentinin paylanmasından və fırlatma momenti öncəsi yüklənmədən istifadə edir və NX modelinin dinamik imkanlarını artırır. Ön və arxa intiqal arasında fırlatma momentinin paylaşması idarəetmə şərtlərindən asılı olaraq 75:25-dən 50:50-dək dəyişdirilə bilər.

DAHA ÇOX ƏMİNLİK HİSSİ: "LEXUS DRIVING SIGNATURE" VƏ YENİ GA-K PLATFORMASI  

Yeni NX-in dinamik xarakteristikalarının hazırlanması zamanı əsas diqqət idarəetmə komfortunun sükan idarəetməsi, tənzimləmə və əyləcləmə xarakteristikaları ilə ideal kombinasiyasından ibarət olan, sürücünün istəklərini istənilən vaxt yerinə yetirən, əminlik yaradan, maşınla əlaqə hissi bəxş edən "Lexus Driving Signature" yaradılmasına verilib.

Bunun əsasında Lexus Qlobal Arxitektura K (GA-K) platformasının istifadəsinə nail olmaq durub. Bu, ağırlıq mərkəzinin aşağı düşməsini (-20 mm), ön və arxa təkərlər arasında məsafənin artmasını, ön/arxa yük balansının təkmilləşməsini təmin edib və bütün bunlar avtomobilin idarəetmə təcrübəsinin ümumilikdə təkmilləşməsinə kömək edib. Yeni asqının dizaynı ön MacPherson dayaqlarını və uzununa qollarla arxa qoşa lingləri əhatə edir.

TAM ÖTÜRÜCÜLÜ İDARƏETMƏ

Yeni NX 450h+ enerji mənbəyinə qoşula bilən hibrid elektrik və NX 350h hibrid modellərində "E-Four" elektrik tam ötürücülü idarəetmə sistemi yenilənərək arxa elektrik motorunun həmişə işlək vəziyyətdə olmasına, daha çox fırlatma momenti təmin etməsinə, sürücüyə avtomobilin yolda sabit dayanması hissini verməsinə nail olmuşdur. 

Həm yeni 2,5 litr, həm də 2,4 litr turbo benzin mühərrikli modelləri yalnız tam ötürücülü idarəetmə ilə əldə etmək mümkündür. 2,4 litr turbo mühərrikdə elektron idarəetməyə malik sistem imkanları fırlatma momenti öncəsi yüklənmə və Fırlatma momentinə Dinamik Nəzarətlə artırılıb və NX modelinə yolla ilişmənin yaxşı olmadığı şərtlərdə inanılmaz performans və yolda hərəkət zamanı döngələrdən səlis keçmək imkanı verib.

DAHA YAXŞI BAĞLANTI İMKANLARI: DAHA SÜRƏTLİ VƏ AĞILLI BAĞLANTI

Yeni NX multimedia platforması avtomobilin məlumatların ötürülməsi modulu (DCM) vasitəsilə ağıllı xidmətləri, o cümlədən genişləndirilmiş bulud naviqasiyasını (yerli bazar bu texnologiyanı dəstəklədiyi halda) təqdim edir. Sistem avtomobillə söhbət edirmişsiniz kimi səs əmrlərinizə cavab verən yeni "Hey Lexus" səs köməkçisini də təqdim edir. 

Standart Lexus Link Connect sistemi parıltısız sensor ekranlı 9,8 düymlük displeydən və tez-tez istifadə edilən funksiyalara intuitiv çıxış üçün əlavə düymələrdən istifadə edir.

Lexus Link Pro sistemində sinfinin ən böyük - 14 düymlük displeydən istifadə edilir. Bu, lüks sinif modellərin standart komplektasiyasına daxildir və yeni NX model sırasının digər modellərində əlavə seçim kimi təqdim edilir.

 Kabinədə ikisi arxada, iki öndə olmaqla dörd USB portu hər kəsin rahatlığını təmin edir. Bunlardan üçü USB-C standartdır və cihazların enerji yığması üçün istifadə edilə bilər.

 DAHA GÜVƏNLİ: TƏKMİLLƏŞDİRİLMİŞ TƏHLÜKƏSİZLİK VƏ SÜRÜCÜYƏ YARDIM

Yeni NX Lexus brendinin üçüncü nəsil Lexus Təhlükəsizlik Sistemi+ ilə təchiz edilmiş ilk modelidir. Sistem standart komplektasiyada aktiv təhlükəsizlik və sürücüyə yardım funksiyaları paketi ilə təmin edilib və qəza riskinin aşkar edilməsi və qarşısının alınması ilə bağlı yeni etalon müəyyən edir. 

Yeni NX modelində təqdim edilmiş təkmilləşdirmələr toqquşma öncəsi təhlükəsizlik sisteminin genişləndirilmiş imkanlarını əhatə edir, beləliklə, avtomobilin yolunda olan motosikletlər və ağaclar, divarlar və elektrik dirəkləri kimi sərt obyektlər aşkar edilir.

Adaptiv kruiz kontrol sisteminə də dəyişikliklər edilib. Sistem NX avtomobilinin qarşısında nəqliyyat axını kəsişməsini sürətlə aşkar edir və hərəkət zolağının izlənməsi üçün köməkçi sistemin yenilənmələri ilə birlikdə döngələrdə daha təbii hərəkət trayektoriyası təmin edir.  

Avtomobil sahibləri avtomobillərinin təhlükəsizlik imkanlarını daha yüksək sinif NX modelləri üçün təqdim edilən əlavə Genişləndirilmiş Təhlükəsizlik Paketi ilə artıra bilər. Bu, Lexus Təhlükəsizlik Sistemi+ funksiyaları ilə yanaşı, hərəkət zolağının avtomatik dəyişməsinə kömək edir. Bu, sürücü qarşısındakı avtomobili ötmək istədiyini bildirdikdə və ya daha yavaş hərəkət edən avtomobilin arxasındakı zolağa keçdikdə əvvəlcədən təyin edilmiş kruiz sürətindən ilkin sürətlənmə və ya yavaşımaya start verir. Bu paket həmçinin yol kəsişməsindən aşağı sürətlə çıxarkən əks istiqamətdən yaxınlaşan avtomobilləri aşkar etmək və sürücünü bu haqda məlumatlandırmaq üçün radar monitorinqindən istifadə edən qarşıdan əks hərəkətdə istiqamət haqqında xəbərdarlıq sistemini ehtiva edir.

Təhlükəsiz çıxışa kömək (Safe Exits Assist) - yeni elektron kilidli elektron giriş və çıxış sistemi avtomobilin Görünməyən zona monitoruna qoşulub və arxadan yaxınlaşan hər hansı avtomobil və ya velosipedçilər haqqında məlumat verir. Sistem riski aşkar etdikdə, xəbərdarlıq işığı və zummerini işə salır, qapının açılmasının qarşısını alır.  Lexus bu sistemin qapının açılmasının səbəb olduğu qəzaların 95%-nin qarşısını almağa kömək edəcəyini hesab edir.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man