İsmayıllı rayonunda, Lahıca gedən yolda böyük ərazidə yenidən torpaq uçqunu baş verib.
Nəticədə bir neçə elektrik dirəyi aşıb, naqillər qırılıb, lahıc və ətrafdakı kəndlərə elektrik enerjisinin verilişi dayanıb. Lahıc və ətrafdakı kəndlərin sakinlərinin ismayıllı şəhərinə gediş-gəlişi üçün alternativ yoldan istifadə etmələri tövsiyə olunur. Son günlər yağan güclü leysan yağışları səbəbindən İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində, Lahıc qəsəbəsi ərazisində növbəti dəfə torpaq uçqunu baş verib. Bu gün səhər saatlarında sel zamanı hündür dağlardan gələn qalın lil qatı, torpaq, daş və ağac parçaları avtomobil yoluna tökülüb, yol bağlanıb, nəqliyyat vasitələrinin hərəkəti dayanıb.Yolun təmizlənməsi üçün əraziyə ağır texnika və işçi qüvvəsi cəlb edilib. Günorta saatlarında yolda hərəkət bərpa edilib. torpaq uçqunu nəticəsində yol kənarındakı bir neçə elektrik dirəyi aşıb, naqillər qırılıb, Lahıc qəsəbəsinə və ətrafdakı kəndlərə elektrik enerjisinin verilişində fasilə yaranıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man