Bakıda məcburi köçkünlərin müvəqqəti yaşadıqları binalardan birinin dam örtüyündən mənzillərə yağış suları dolub.
18 ailənin yaşadığı ikimərtəbəkli binada sakinlər əziyyət çəkdiklərini deyirlər. Onlar böyük ümidlə binanın damının əsaslı təmir edilməsini gözləyirlər. Bəs aidiyyəti qurumlar həmin problemi nə vaxt həll edəcəklər? Bura paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində məcburi köçkünlərin müvəqqəti yaşadıqları binadır. Son yağışlardan sonra Elşən Mehdiyev küçəsindəki ikimərtəbəli binanın mənzillərinə dam örtüyündən yağış suları dolub. Orada yaşayanlar suyu qablara yığmağa məcbur olublar. Sakinlər bildirirlər ki, binanın damı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən ötən yay təmir edilib. Ancaq çox keçməyib ki, yağış suyu mənzillərə yenidən dolmağa başlayıb Sakinlər 18 ailənin yaşadığı binanın problemi ilə bağlı aidiyyəti qurumlara müraciət etdiklərini deyirlər. Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirildi ki, artıq əraziyə baxış keçirilib və problemin həlli istiqamətində addımlar atılır Ərazi üzrə icra nümayəndəsindən isə bildirildi ki, dam örtüyünün əsaslı təmiri və sakinlərin probleminin aradan qaldırılması üçün lazımi köməklik göstəriləcək.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man